Macarıstan Aİ-nin enerji siyasətindən narazıdır
Macarıstan Avropa İttifaqından üzv ölkələrə Rusiya qazı və neftindən imtina ilə bağlı kompensasiya ödənilməsini tələb etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Macarıstanın Baş naziri Peter Magyar bildirib ki, Aİ-nin yeddiillik büdcəsində Rusiya qazı və neftindən imtinanın maliyyələşdirilməsinə dair konkret və rəqəmlərlə əsaslandırılmış təkliflərin yer almasını istəyir.
Onun sözlərinə görə, benzin və dizel yanacağının çatışmazlığı da daxil olmaqla, qlobal enerji bazarındakı ağır vəziyyət Aİ ölkələrinin büdcələrinə ciddi yük yaradır.
Magyar qeyd edib ki, Avropa İttifaqının rəhbərliyi isə konkret maliyyə mexanizmləri əvəzinə yüksək pafoslu çağırışlarla kifayətlənir. O bildirib ki, Mərkəzi Avropa şirkətləri elektrik enerjisi və qaz xərclərini ödəyə bilmədikləri üçün müflis olurlar.
Daha əvvəl Rusiyanın Budapeştdəki səfirliyi Macarıstan və Latviyanın enerji sahəsində tərəfdaşlığını ironik şəkildə şərh edib. Diplomatik nümayəndəlik bildirib ki, Macarıstan rəhbərliyi Baltikyanı ölkəni strateji tərəfdaş hesab edirsə, neft və qazı oradan “demokratiya ətri ilə” ala bilər.
20:56 10.09.2026
Oxunuş sayı: 44