Qunduzlar su təchizatın təhlükəyə atıb
Rusiyanın Başqırdıstan Respublikasının Beloretsk şəhərində qunduzlar ağacları elektrik xəttinin üzərinə aşıraraq şəhərin su təchizatında fasilə yaranması təhlükəsi yaradıb.
Crossmedia.az xəbər verir ki, “Gazeta.ru” bu barədə məlumat yayıb.
Hadisə şəhəri su ilə təmin edən Katay suqəbuledici qurğusunda baş verib. Qunduzların gövdələrini gəmirərək zəiflətdiyi bir neçə ağac elektrik xəttinin üzərinə aşıb və avadanlığa ziyan dəyib. Mütəxəssislər hadisənin nəticələrini operativ şəkildə aradan qaldırıblar.
Qeyd edək ki, sentyabrın sonunda Rusiyanın Kostroma vilayətində qunduzların qurduğu bəndlər səbəbindən üç təqaüdçü qadın bataqlıq ərazidəki kiçik adada köməksiz qalıb. Xilasedicilər və könüllülər qadınları meşədən çıxarıblar. Onların tibbi yardıma ehtiyacı olmayıb.
23:55 25.10.2026
Oxunuş sayı: 60