Demokratlar Ceffri Epşteyn işi üzrə araşdırma aparacaq
ABŞ-də demokratlar Konqresə aralıq seçkilərindən sonra Ceffri Epşteyn işi ilə bağlı sənədlərin açıqlanması məsələsini araşdırmağı planlaşdırırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Demokratlar hesab edirlər ki, Prezident Donald Trampın administrasiyası Epşteyn işi ilə bağlı sənədlərin dərc olunması barədə verdiyi vədi yerinə yetirməyib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin üzvü Robert Qarsiya bildirib ki, Epşteyn işi üzrə araşdırma demokratların əsas prioritetlərindən biri olacaq.
Qeyd edək ki, ABŞ-də Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək.
22:39 25.10.2026
Oxunuş sayı: 45