FİFA prezidenti və Arsen Venger “Sabah” – “Qarabağ” oyununda
Misli Premyer Liqasının 9-cu turunun “Sabah” - “Qarabağ” oyununu izləyənlər arasında mötəbər qonaqlar da var.
Crossmedia.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino və qurumun qlobal futbol inkişafı departamentinin rəhbəri Arsen Venger də AFFA prezidenti Rövşən Nəcəflə birgə qarşılaşmaya Mərdəkandakı “Sabah Arena”da canlı baxırlar.
Qeyd edək ki, İnfantino və Venger Bakıda keçirilən U-15 dünya çempionatına görə Azərbaycanda səfərdədirlər.
19:05 25.10.2026
Oxunuş sayı: 55