Çində tayfun təhlükəsi: 60 mindən çox insan təxliyə edildi
Çinin şərq sahillərinə təsir edən Champi tayfunu ilə əlaqədar 60 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb.
Crossmedia.az xəbər verir ki, güclü tayfun ölkənin şərq sahil bölgələrində təhlükəli hava şəraiti yaradıb.
Təxliyənin tayfunun yarada biləcəyi təhlükələrin qarşısını almaq və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirildiyi bildirilir.
15:51 25.10.2026
Oxunuş sayı: 48