CENTCOM: Ağ Evdən təsdiq gəlsə İrana hücum planı hazırdır
ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) 3 noyabrda keçiriləcək Konqres aralıq seçkilərindən sonra Ağ Evdən təsdiq gəlsə İrana qarşı mümkün hücum üçün planının hazır olduğu irəli sürülür.
Crossmedia.az xəbər verir ki, xarici mənbələr İrana qarşı bir neçə hücum planının ABŞ Müdafiə naziri Pit Heqsetə təqdim olunduğunu iddia ediblər.
Mənbələrin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp yekun qərarı verənə qədər bütün variantları açıq saxlayacaq. 3 noyabr Konqres aralıq seçkilərindən sonra isə CENTCOM Ağ Evdən təsdiq gəlsə İrana hücum etmək üçün planını hazır saxlayır.
ABŞ Müdafiə Nazirliyindən (Pentagon) verilən açıqlamada isə hərbi variantları ABŞ prezidentinə təqdim etmənin nazirliyin vəzifəsi olduğu bildirilib və “Fərziyyə xarakterli vəziyyətlər və ya gələcək əməliyyatlarla bağlı spekulyasiya etmirik” ifadəsi işlədilib.
Daha əvvəl Amerikan kəşfiyyatının İranın ABŞ personalını hədəfə almağa yönəlmiş səylərini “əhəmiyyətli dərəcədə artırdığını” aşkar etdiyi iddia olunmuşdu.
Tramp dün etdiyi açıqlamada İranda başladığı işi bitirmək məcburiyyətində qala biləcəyini bildirərək “İranı yenidən bombalama ehtimalım var” demişdi.
13:16 25.10.2026
Oxunuş sayı: 54