Böyük İpək Yolunun tarixi mirası: Türkiyə qədim körpünü bərpa edir
Türkiyə Ermənistanla sərhəddə yerləşən tarixi körpünün bərpası üzrə tender prosesini başa çatdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Körpü Türkiyənin Qars vilayətində, qədim Ani şəhərinin yaxınlığında yerləşir. X əsrdə Böyük İpək Yolu marşrutu üzərində inşa edilən tikilinin bu günə yalnız dayaq qalıqları çatıb.
16:13 25.10.2026
Oxunuş sayı: 57