Zelenskidən Vaşinqtona çağırış: Patriot raketlərinin tədarükünü açın
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ni Avropa ölkələrinin razılaşdırdığı Patriot hava hücumundan müdafiə sistemləri üçün raket ələkeçiricilərinin tədarükünü blokdan çıxarmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında yazıb. O, Ukrayna hərbi aviasiyasına dəstəyin davam etdirilməsinin də vacibliyini vurğulayıb. Prezidentin sözlərinə görə, Rusiya ötən həftə Ukrayna ərazisinə müxtəlif növ 48 raket, təxminən 1600 idarəolunan bomba və 2300-ə yaxın zərbə PUA-sı buraxıb.
Daha əvvəl Pentaqon rəhbəri Pit Heqsetin digər ölkələrin ehtiyatlarından Ukraynaya Patriot raketlərinin verilməsini hələ təsdiqləmədiyi bildirilmişdi. “Kyiv Independent” nəşri isə ukraynalı rəsmilərə və hərbçilərə istinadən Kiyevin Vaşinqtonun silah tədarükünü qəsdən gecikdirdiyindən şübhələndiyini yazıb. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis də oktyabrın 17-də ölkəsinin öz müdafiə qabiliyyətini zəiflətməmək üçün Ukraynaya Patriot raketləri verməyəcəyini açıqlayıb.
17:07 25.10.2026
Oxunuş sayı: 56