Rusiyalılara turist vizaları dayandırılsın: Estoniya kəşfiyyatından Aİ-yə çağırış
Estoniya Xarici Kəşfiyyat Departamentinin rəhbəri Kaupo Rozin Avropa İttifaqını rusiyalı diplomatların hərəkət azadlığını məhdudlaşdırmağa və Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Rozin bu barədə “Neue Zürcher Zeitung” nəşrinə müsahibəsində bildirib. O, Rusiyaya təzyiqin artırılmasının vacibliyini vurğulayaraq, Aİ ölkələrində əks-kəşfiyyat qurumlarının səlahiyyətlərinin genişləndirilməsini də təklif edib. Rozinin sözlərinə görə, NATO-nun hazırkı vəzifəsi Rusiyanı çəkindirmək, müdafiəyə və daxili təhlükəsizliyə investisiyaları davam etdirməkdir.
Oktyabr ayında Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da rusiyalılara turist vizalarının verilməsinin azaldılmasını və rusiyalı diplomatların Avropada hərəkət imkanlarının məhdudlaşdırılmasını təklif edib.
17:34 25.10.2026
Oxunuş sayı: 54