Oqtay Saral vəzifəsindən azad ediləcək - İddia
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın vəzifədən uzaqlaşdırıldığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri, siyasətçi Arzuman Abdulkərimov sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd edilir ki, ona verilən bilgiyə görə, Oqtay Saral vəzifəsindən uzaqlaşdırılıb: “Yaxın zamanlarda bununla bağlı açıqlama veriləcək”.
Xatırladaq ki, Saralın Azərbaycanı hədəfə alan açıqlamaları ölkəmizdə sərt reaksiyalara səbəb olmuşdu. YAP və Milli Məclis Saralın məsuliyyətsiz açıqlamasına qarşı bəyanatla çıxış etmişdilər.
Ayhan
17:25 25.10.2026
Oxunuş sayı: 189