Rusiya ABŞ-yə dizel tədarükünü artırmağa hazırdır
Rusiya ABŞ-nin tələbatına uyğun olaraq ixrac üçün nəzərdə tutulan həcmdə dizel yanacağı tədarük edə biləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak “RBC” nəşrinə müsahibəsində bildirib.
Novak ABŞ-nin nə qədər dizel yanacağı ala biləcəyi ilə bağlı suala cavabında tərəfdaşların tələbatının ödənilə biləcəyini deyib.
“Düzünü desəm, tərəfdaşlarımız ixrac edəcəyimiz həcmdən nə qədər istəsələr, hamısını tədarük edə bilərik”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükü ilə bağlı razılaşma oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığından sonra gündəmə gəlib. Razılaşma çərçivəsində Rusiyanın ABŞ-yə və dünya bazarlarına yanacaq ixracını artırması nəzərdə tutulur.
18:15 25.10.2026
Oxunuş sayı: 50