Ermənistanın Aİ-yə namizədlik məsələsi müzakirə olunur: Aşotyan Paşinyanı tənqid edib
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan ölkə hakimiyyətini Avropa İttifaqına inteqrasiya məsələsində cəmiyyəti manipulyasiya etməkdə ittiham edib. O, hakimiyyətin real inteqrasiya üçün zəruri addımlar atmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Aşotyan Nikol Paşinyanın Ermənistanın Aİ-yə üzvlüyə namizəd ölkə statusu alması üçün müraciət etməməsini tənqid edib. Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olduğu müddətdə Aİ-yə namizədlik məsələsində hüquqi maneələrlə üzləşə bilər.
Aşotyan hesab edir ki, Paşinyan müraciət edəcəyi təqdirdə bu məsələ ilə bağlı problemlər yaranacaq. O, Ermənistanın yaxın müddətdə belə bir addım atacağına şübhə ilə yanaşdığını bildirib. Qeyd edək ki, bunlar Ermənistan müxalifətinin nümayəndəsinin səsləndirdiyi fikirlərdir.
17:10 25.10.2026
Oxunuş sayı: 62