Beynəlxalq federasiyadan qərar: Dünya çempionatı Moskvada təşkil olunacaq
2030-cu ildə ağır atletika üzrə dünya çempionatına Rusiyanın paytaxtı Moskva ev sahibliyi edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) mətbuat xidməti məlumat yayıb. Qərar federasiyanın İcraiyyə Komitəsi tərəfindən qəbul edilib.
Məlumata görə, 2029-cu ildə dünya çempionatı Hindistanın Əhmədabad şəhərində keçiriləcək.
16:54 25.10.2026
Oxunuş sayı: 51