Romada etirazçılarla polis arasında toqquşma baş verib
İtaliyanın paytaxtı Romada etirazçılarla polis arasında toqquşma olub, 28 nəfər nümayişlərdən əvvəl saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından və dəyənəklərdən istifadə edib.
Yaşayış xərclərinin artmasına və hökumətin siyasətinə qarşı etiraz aksiyaları İtaliyanın bir neçə şəhərində keçirilib.
14:44 25.10.2026
Oxunuş sayı: 55