İran Hörmüz boğazını açmaq müqabilində ABŞ-dən bunu istəyir
İran Hörmüz boğazında gəmiçiliyin bərpası müqabilində ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanı dayandırmağı təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Məlumata görə, Tehran təklifini Pakistan vasitəsilə ABŞ administrasiyasına çatdırıb. İran bununla yanaşı, Vaşinqtonla danışıqları bərpa etməyə hazır olduğunu da bildirib.
Təklif çərçivəsində iki əsas məsələnin diplomatik yolla həlli nəzərdə tutulur: Hörmüz boğazında normal gəmiçiliyin bərpası və İran limanlarına tətbiq edilən ABŞ blokadasının aradan qaldırılması.
Bu addımın İrana qarşı hərbi və iqtisadi təzyiqlərin artdığı bir vaxtda atıldığı bildirilir. ABŞ administrasiyasının Tehranının təklifinə necə cavab verəcəyi və mümkün danışıqların nə vaxt başlayacağı hələ məlum deyil.
09:03 25.10.2026
Oxunuş sayı: 62