Rusiya Alyaskadakı 25 milyard dollarlıq qaz layihəsinə gizli nəzarət edə bilərdi
Rusiyanın “Novatek” şirkətinin ABŞ-ın Alyaska ştatında mayeləşdirilmiş təbii qaz ixracı terminalının tikintisi layihəsini maliyyələşdirdiyi və onun strateji istiqamətini müəyyənləşdirdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
ABŞ-ın Polar Train LNG şirkətinin keçmiş baş direktoru Riddlin sözlərinə görə, layihənin maliyyələşdirilməsində əsas rolu amerikalı investor Centry Biç və “Tech Wave” şirkətinin oynadığını düşünürdü. Lakin sonradan əsas vəsaitin Rusiyanın “Novatek” şirkətindən gəldiyini öyrənib.
Riddl sentyabr ayında vəzifəsindən istefa verib. Bundan sonra şirkətin rəhbərliyinin demək olar ki, bütün üzvləri qurumu tərk edib.
Məlumata görə, layihə Vaşinqtonla Moskva arasında Ukraynadakı müharibənin dayandırılması ilə bağlı mümkün biznes razılaşmaları çərçivəsində yüksək səviyyədə müzakirə olunub.
İddialara əsasən, qeyri-rəsmi razılaşma çərçivəsində Alyaskadakı layihə üçün avadanlıqların verilməsi, əvəzində isə 2023-cü ildə ABŞ sanksiyalarına məruz qalan Rusiyanın “Arktik LNG-2” zavoduna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması təklif olunub.
21:25 24.10.2026
Oxunuş sayı: 58