Husilər Səudiyyə Ərəbistanına qarşı yeddi hərbi əməliyyat keçirib
Yəməndəki husilər Səudiyyə Ərəbistanına qarşı ballistik raketlər və pilotsuz uçuş aparatları ilə yeddi hərbi əməliyyat keçirdiklərini bəyan ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının nümayəndəsi Yəhya Səri məlumat verib.
Onun sözlərinə görə, hücumlar Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Səna şəhərinə və husilərin nəzarətində olan Yəmənin digər ərazilərinə endirdiyi təxminən 100 aviazərbəyə cavab olaraq həyata keçirilib.
Husilər hücumların hədəfləri sırasında neft infrastrukturu obyektlərinin, o cümlədən “Şərq–Qərb” neft kəmərinin, “Saudi Aramco” şirkətinin Yənbu şəhərindəki obyektlərinin və “Petro Rabigh” neft emalı zavodunun olduğunu bildiriblər.
Hərəkat həmçinin Kral Xalid və Kral Fəhd beynəlxalq hava limanlarına, Nəcran hava limanına və Kral Xalid aviabazasına zərbələr endirildiyini iddia edib.
21:10 24.10.2026
Oxunuş sayı: 52