Kiyev Rusiyaya atəşkəs təklifi verdi
Ukrayna müxtəlif atəşkəs formatlarının tətbiqinə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy bu barədə məlumat verib.
Onun sözlərinə görə, Kiyev tam və qeyd-şərtsiz atəşkəsə, Türkiyə və Misirin vasitəçiliyi ilə Qara dənizdə atəşkəsə, Hindistanın iştirakı ilə enerji obyektlərinə zərbələrin dayandırılmasına və “ərzaq atəşkəsi”nə, həmçinin ABŞ-nin iştirakı ilə ayrıca enerji atəşkəsinə hazırdır.
Tixiy əsas məsələnin Rusiyanın bu formatlara hazır olub-olmaması olduğunu bildirib.
Eyni zamanda, Ukrayna, ABŞ və Rusiya arasında yeni üçtərəfli danışıqların keçirilməsi də müzakirə olunur. Vaşinqton görüşün Birləşmiş Ərəb Əmirliklərində keçirilməsini təklif edib və Kiyev bununla razılaşıb.
Moskvanın yekun qərarı isə hələ gözlənilir.
20:11 24.10.2026
Oxunuş sayı: 59