Tixanovski həyat yoldaşını sərt tənqid edib
Belaruslu müxalifətçi Sergey Tixanovski həyat yoldaşı, 2020-ci il prezident seçkilərində namizəd olmuş Svetlana Tixanovskayanı sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Həbsdən azad olunmasından bir ildən çox vaxt keçən Sergey Tixanovski canlı yayım zamanı həyat yoldaşının siyasi fəaliyyəti və Qərbdəki tərəfdaşlarla münasibətləri barədə tənqidi fikirlər səsləndirib.
O, Svetlana Tixanovskayanın 2020-ci il prezident seçkilərində əsas namizəd olmadığını iddia edib. Sergey Tixanovskinin sözlərinə görə, həyat yoldaşı Aleksandr Lukaşenkoya qarşı olan seçicilərin dəstəyini qazanıb, lakin onun özünün siyasi nüfuzu məhdud olub.
Müxalifətçi həmçinin Svetlananı özünün təşəbbüs qrupunu mənimsəməkdə ittiham edib. O bildirib ki, Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almadıqdan sonra həyat yoldaşı namizəd kimi qeydiyyatdan keçib.
Svetlana Tixanovskaya ərinin açıqlamalarına münasibət bildirməyib.
Mətbuatın məlumatına görə, Sergey Tixanovski hazırda ABŞ-də yaşayır və Amerika universitetlərindən birinə qəbul olunmağa hazırlaşır.
19:03 24.10.2026
Oxunuş sayı: 61