Moskva hava limanlarında 210-dan çox reys ləğv edilib
Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə hücumları fonunda Moskva hava limanlarında 210-dan çox aviareys təxirə salınıb və ya ləğv edilib.
Crossmedia.az xəbər verir ki, “Ostorojno, Novosti” Telegram kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, uçuş cədvəlində ən ciddi pozuntular “Şeremetyevo” hava limanında qeydə alınıb. Burada 65 gediş və 106 gəliş reysi təxirə salınıb və ya ləğv edilib.
“Vnukovo” hava limanında isə təxminən 40 reysin cədvəli dəyişdirilib və ya uçuşlar ləğv olunub.
“Domodedovo” hava limanının internet saytının əsas səhifəsinə girişdə də problemlər yaranıb. Onlayn uçuş cədvəlləri və digər xidmətlər işləməyib, yalnız bilet satışı xidməti əlçatan olub.
“Şeremetyevo” hava limanının mətbuat xidməti məhdudiyyətlər səbəbindən hava limanının dəyişdirilmiş qrafiklə fəaliyyət göstərdiyini bildirib. Rəsmi açıqlamada bəzi reyslərin gecikdiyi və ləğv edildiyi qeyd olunub.
18:41 24.10.2026
Oxunuş sayı: 59