Ukrayna PUA-ları Omskda kimya zavoduna hücum edib
Rusiyanın Omsk şəhərində yerləşən “Omski kauçuk” kimya zavoduna PUA hücumu nəticəsində müəssisənin ərazisində genişmiqyaslı yanğın baş verdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Omsk vilayətinin qubernatoru Vitali Xotsenko məlumat yayıb.
Qubernatorun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri PUA hücumunu dəf etməyə çalışır. O bildirib ki, pilotsuz uçuş aparatları şəhərin şimalındakı sənaye zonasına çatıb və hadisə yerində fövqəladə xidmətlər fəaliyyət göstərir.
“Omski kauçuk” zavodu sintetik kauçuk və digər neft-kimya məhsullarının istehsalı ilə məşğuldur.
Müəssisənin Ukraynadan 2 500 kilometrdən çox məsafədə yerləşdiyi bildirilir.
Hücum nəticəsində zavoda dəyən ziyanın miqdarı barədə rəsmi məlumat verilməyib.
19:19 24.10.2026
Oxunuş sayı: 54