İtaliyada etirazçılar Kolizeyə daxil olublar
İtaliyanın paytaxtı Romada gənclərin etiraz aksiyasında iştirak edən bir neçə yüz nəfər Kolizeyə daxil olub.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Agentliyin müxbirinin məlumatına görə, nümayişçilər arasından ayrılan bir neçə yüz radikal antik amfiteatra daxil olub. Təxminən 10 dəqiqə sonra əraziyə xüsusi təchizatlı polis əməkdaşları gəlib. Daha 15 dəqiqə sonra hüquq-mühafizə orqanları etirazçıları Kolizeydən çıxarıb və abidənin əsas giriş qapılarını bağlayıb.
Müxbir bildirib ki, nümayişçilərin bir qismi üzlərini balaklava ilə gizlədib. Romada vəziyyət gərgin olaraq qalsa da, polis tərəfindən nəzarətdə saxlanılır.
Daha əvvəl Fransa ilə yanaşı, İtaliyada da kütləvi etirazların baş verdiyi bildirilmişdi. Milan və Bolonya şəhərlərində nümayişçilərlə polis arasında toqquşmalar yaşanıb. Hadisələr zamanı azı 60 nəfərin xəsarət aldığı qeyd olunub.
23:53 24.10.2026
Oxunuş sayı: 52