Uşakov: Rusiya, ABŞ və Ukrayna görüşündən yüksək gözləntilər olmamalıdır
Rusiya, ABŞ və Ukrayna arasında yaxın vaxtlarda keçirilməsi planlaşdırılan görüş ilkin xarakter daşıyacaq və ondan böyük nəticələr gözləmək lazım deyil.
Crossmedia.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu barədə “Vesti” jurnalisti Pavel Zarubinə açıqlamasında bildirib.
Uşakovun sözlərinə görə, Ukrayna münaqişəsinin həlli və sülh sazişinə nail olunması üçün tərəflərin hələ çox işləməsi lazımdır.
15:11 25.10.2026
Oxunuş sayı: 54