Çində 5,9 maqnitudalı zəlzələ baş verib
Çinin Tsinxay-Tibet bölgəsində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 11:25-də qeydə alınıb. Zəlzələnin episentri təxminən 30 min nəfərin yaşadığı Naqçu şəhərindən 217 kilometr, 118 min nəfər əhalisi olan Lhasa şəhərindən isə 421 kilometr məsafədə yerləşib. Ocaq 10 kilometr dərinlikdə olub.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Qeyd edək ki, Çinin şimal-qərbində yerləşən Tsinxay əyalətində də ötən gün zəlzələ baş verib.
16:39 25.10.2026
Oxunuş sayı: 62