İran ABŞ-ə qarşı 48 ildən sonra məhkəmədə nəticə qazandığını bildirib
İran İslam Respublikasının mövcud olduğu 48 il ərzində ilk dəfə ABŞ-ə qarşı məhkəmə prosesi çərçivəsində maliyyə nəticəsi əldə etdiyi və kompensasiya təmin etdiyi bildirilir. İş ABŞ-nin “kəpənək xəstəliyi” kimi tanınan bullyoz epidermolizdən əziyyət çəkən xəstələrə qarşı tətbiq etdiyi sanksiyalarla bağlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə “EB Evi” qeyri-hökumət təşkilatının baş direktoru Həmid Haşemi Qolpayeqani məlumat verib. Onun sözlərinə görə, İran ilk dəfə belə bir proses çərçivəsində ABŞ-ə məxsus əmlakı müsadirə edə bilib.
Qolpayeqani bildirib ki, xəstələr üçün xüsusi sarğı materiallarının tədarükünə təsir edən sanksiyalara qarşı hüquqi mübarizəyə 2018-2019-cu illərdə başlanılıb. 2021-2022-ci illərdə isə xəstələrin ailələri məhkəmə orqanlarına müraciət ediblər.
Məlumata görə, məhkəmə prosesi çərçivəsində neft yükü həbs edilib. Məqsəd xəstələrə dəymiş zərərin əvəzini ödəmək və əldə olunan vəsaiti qanuni qaydada onlar arasında bölüşdürmək olub.
16:18 25.10.2026
Oxunuş sayı: 43