Seçki kampaniyası zamanı deputata daş və butulkalarla hücum edilib
Braziliyada prezident Luiz İnasio Lula da Silvanın dəstəklənməsi məqsədilə keçirilən seçki yürüşü zamanı deputat İara Pimentel hücuma məruz qalıb. Hadisə zamanı ona daş və butulkalar atılıb, üzündən xəsarət alan siyasətçi xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, insident Lula da Silvanın tərəfdarlarının avtomobillərlə təşkil etdiyi seçki yürüşü zamanı baş verib. İştirakçılara hücum edən izdiham korteji daş və butulkalarla hədəfə alıb.
Hadisə Braziliyada prezident seçkilərinin həlledici ikinci turu ərəfəsində baş verib. Dövlət başçısı postu uğrunda hazırkı prezident Lula da Silva və keçmiş prezidentin oğlu, senator Flavio Bolsonaro mübarizə aparırlar.
20:10 25.10.2026
Oxunuş sayı: 58