Rusiya ABŞ-la razılaşmadan sonra dizel yanacağının ixracını artırmağa hazırdır
Rusiya ABŞ-la müvafiq razılaşma əldə edildikdən sonra dünya bazarında neftin qiymətinin 5–6 faiz azaldığını açıqlayıb. Moskva dizel yanacağına dair bazarın istənilən tələbatını ödəməyə hazır olduğunu bildirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “RBC-Ukrayna”ya açıqlamasında danışıb.
Novak Rusiyanın ixrac üçün istənilən həcmdə dizel yanacağı tədarük edə biləcəyini bildirib.
“Partnyorlarımız nə qədər istəsələr, ixrac üçün nəzərdə tutulan həcmdə o qədər də tədarük edə bilərik. Hər şeyi təmin edə bilərik”, – deyə o qeyd edib.
19:59 25.10.2026
Oxunuş sayı: 64