Bakıda insidentə görə saxlanılan Orxan Əli-zadə həbs edildi – Yenilənib
Bakıda insidentlə bağlı saxlanılan Orxan Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Crossmedia.az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Nizami Rayon Məhkəməsində verilib.
Qeyd edək ki, Orxan Əli-zadə deputat Arzuxan Əlizadənin oğludur.
19:00
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Crossmedia.az "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Xətai Rayon Məhkəməsində qəbul olunub.
Qərara görə, Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə təqsirləndirilən Əfəndiyev Kamran Səttar oğlu, İsmayılov Mikayıl Vəli oğlu, Dadaşov Ramil Zahir oğlu, Eldarov Eldar Faiq oğlu və Zülfiqarov Həsən Mehman oğlunun həbsdə saxlama müddəti 4 ay həddində müəyyən edilib.
Əli-zadə Əhməd Arzuxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət isə baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
21:22 25.10.2026
Oxunuş sayı: 66