Yeletsdə hücum nəticəsində 6 nəfər yaralanıb
Rusiyanın Yelets şəhərində sənaye zonasına raket hücumu nəticəsində altı nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov məlumat verib.
Yaralılardan biri metal qəlpəsindən xəsarət alaraq əməliyyat olunub. Digər beş nəfərdən ikisi tüstüdən zəhərlənib, birində xroniki xəstəlik kəskinləşib, daha ikisi isə kəsik xəsarətləri alıb.
Hücum nəticəsində sənaye zonasındakı yanğın lokallaşdırılıb, bir neçə yaşayış binasının fasadına və Yelets Tibb Kollecinin binasına ziyan dəyib.
Qeyd edək ki, hücum zamanı müəssisələrdən birinin mühafizəçisi aldığı ağır xəsarətlərdən həyatını itirib.
23:03 25.10.2026
Oxunuş sayı: 61