Tramp, Putin və Si Cinpin görüşə bilər: Dünya nizamı dəyişəcəkmi?
ABŞ, Rusiya və Çin arasında mümkün razılaşmaların dünyanın təsir dairələrinə bölünməsinə gətirib çıxara biləcəyi iddia olunur. Bu ssenaridə Vaşinqton, Moskva və Pekinin ayrı-ayrı regionlarda üstün təsir imkanları əldə etməsi ehtimal edilir.
Crossmedia.az xəbər verir ki, “The Guardian” nəşrindəki köşə yazısında keçmiş “The Observer” beynəlxalq redaktoru Stiv Blumfild belə bir bölgüyə zəmin yarada biləcək hadisələrdən biri kimi Donald Tramp, Vladimir Putin və Si Cinpinin noyabrda Çində keçirilməsi ehtimal olunan görüşünü göstərib. Müəllifin fikrincə, ABŞ-ın ənənəvi müttəfiqlərinə münasibətində dəyişiklik və böyük dövlətlər arasında razılaşmalara meyl mövcud beynəlxalq nizamı dəyişə bilər.
Blumfild hesab edir ki, mümkün yaxınlaşma qlobal ticarətə, texnologiyalara, enerji resurslarına və kosmik infrastruktura nəzarət məsələlərinə də təsir göstərə bilər. Belə ssenarinin xüsusilə Ukrayna və Avropa üçün təhlükələr yarada biləcəyi vurğulanır. Bununla belə, müəllif üç ölkənin maraqlarının bir çox məsələdə ziddiyyət təşkil etdiyini və mümkün sammitin öz-özlüyündə davamlı ittifaq yaranacağı anlamına gəlmədiyini qeyd edir. Onun fikrincə, belə bir görüş baş tutsa belə, beynəlxalq münasibətlərdə əvvəlki nizamın bərpası çətinləşə bilər.
00:00 26.10.2026
Oxunuş sayı: 62