İrana qarşı sanksiyalar məsələsində Rusiyadan yeni açıqlama
Rusiya İrana qarşı BMT sanksiyalarının yenidən tətbiq edilməsinə imkan verməyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi bu barədə məlumat yayıb.
Rusiya nümayəndəsinin sözlərinə görə, Moskva “heç bir halda İslam Respublikasına qarşı sanksiyaların yenidən tətbiq edilməsinə yol verməyəcək”.
O bildirib ki, bəzi ölkələr İranın dinc nüvə proqramı ilə bağlı faktları qəsdən təhrif edir və vəziyyəti əks istiqamətdə təqdim edirlər.
Qeyd edək ki, “snapback” mexanizmi BMT Təhlükəsizlik Şurasında ciddi mübahisələrə səbəb olub. Rusiya və Çin bu mexanizmin işə salınmasına qarşı çıxıblar. Bununla belə, 2025-ci ilin sentyabrında İrana qarşı BMT sanksiyaları yenidən tətbiq edilib.
22:56 10.09.2026
Oxunuş sayı: 43