BMT rəsmisi Qərb ölkələrini Fələstin tərəfdarı aksiyalara görə tənqid etdi
BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Françeska Albanese Qərb ölkələrinin Fələstin tərəfdarı dinc aksiyalara sərt müdaxilə etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Albanese bu barədə RT-yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Qərb ölkələrinin əksəriyyətinin hökumətləri Qəzzadakı vəziyyətə etiraz edən dinc nümayişlərə qarşı sərt tədbirlər görüb və güc tətbiq edib.
Albanese xüsusilə Almaniyanı nümunə göstərərək, bəzi nümayişçilərin dəyənəklərlə döyüldüyünü, hücuma məruz qaldığını və saxlanıldığını iddia edib. O, aksiyalar zamanı irqçilik hallarının da baş verdiyini bildirib.
Albanese qeyd edib ki, nümayişlərdə müxtəlif yaş qruplarından olan insanlar, o cümlədən yaşlılar, gənclər və tələbələr iştirak edib.
23:44 10.09.2026
Oxunuş sayı: 41