Respublikaçılar Vensi gələcək prezident kimi qarşıladı
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Texasda keçirilən qapalı görüşdə gələcək prezident kimi qarşılanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, Vensin çıxışı zamanı Respublikaçılar Partiyasının qurultay iştirakçıları “48” şüarını səsləndiriblər. Bu rəqəm Vensin 2028-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ-nin 48-ci prezidenti ola biləcəyinə işarə edir.
Vens hazırda Respublikaçılar Partiyasının Donald Trampdan sonrakı mümkün liderlərindən biri hesab olunur. Onun 2028-ci il seçkilərində namizədliyini irəli sürə biləcəyi ilə bağlı müzakirələr artıq partiya daxilində başlayıb.
23:51 10.09.2026
Oxunuş sayı: 39