ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı mübarizəni genişləndirir
ABŞ NATO müttəfiqlərinə Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tədbirlər görmək və Roma Statutundan çıxmaqla məhkəməyə dəstəyi dayandırmaq çağırışı edib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
ABŞ-ın NATO-dakı səfiri Metyu Uitakerin müttəfiqlərdən Roma Statutundan çıxmalarını və Beynəlxalq Cinayət Məhkəməsinə bütün maddi dəstəyi dayandırmalarını istədiyi bildirilir.
Vaşinqtonun müttəfiqlərə “Amerikanın yanında kimin dayandığını yaxından izləyəcəyi” barədə xəbərdarlıq etdiyi qeyd olunur. Bu çağırış Avropadakı bəzi NATO ölkələrinin ciddi narazılığı ilə qarşılanıb.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant 2024-cü ildən Qəzzada hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunaraq Beynəlxalq Cinayət Məhkəməsinin axtarışındadır.
22:01 10.09.2026
Oxunuş sayı: 45