Turistlərdən alınan vergi İtaliya şəhərlərinə milyonlar gətirir
Turist vergisi Böyük Britaniya üçün nisbətən yeni olsa da, kontinental Avropada bu təcrübə uzun illərdir tətbiq edilir. İlk nümunələrdən biri 1842-ci ildə Avstriyada yaradılıb, daha sonra Fransa, İtaliya, Almaniya və İsveçrədə də tətbiq olunmağa başlayıb.
İtaliyada turist vergisinin məbləği şəhər və yerləşmə obyektinin növündən asılı olaraq dəyişir. Adətən bir nəfər üçün gecəlik 1-10 avro arasında olan ödəniş Milanda beşulduzlu hotellərdə 12 avroya çatır.
Venesiya isə 2024-cü ildən şəhərdə yalnız bir gün keçirən turistlər üçün giriş haqqı tətbiq edir.
Turist vergisi İtaliya şəhərləri üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilib. 2024-cü ildə Roma bu vergidən 222,4 milyon avro, Milan 109,3 milyon avro, Florensiya 82,9 milyon avro, Venesiya isə 38,9 milyon avro gəlir əldə edib.
Bu vəsaitin əsasən yerli xidmətlərə və turizmin yaratdığı yükün azaldılmasına, həmçinin tarixi abidələrin saxlanmasına yönəldilməsi nəzərdə tutulur. Lakin maliyyə çətinliyi yaşayan bəzi bələdiyyələr vəsaiti digər xərclərin qarşılanmasına da sərf edir.
İngiltərədə də hotellər və “Airbnb” tipli yerləşmə obyektlərində gecələmələr üçün turist vergisinin tətbiqi planlaşdırılır. Yeni sistem çərçivəsində regional merlərə belə rüsum tətbiq etmək səlahiyyəti veriləcək.
21:14 10.09.2026
Oxunuş sayı: 53