Türkiyədə 9 nəfərin ölümü ilə bağlı şübhəli şəxs həbs edildi
Türkiyənin Əskişəhər vilayətində azı 9 nəfəri öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “IHA” agentliyi məlumat yayıb.
Məlumata görə, polis 30 yaşlı Arif Özdemiri Əskişəhərin Seyitqazi rayonunda saxlayıb.
Şübhəli şəxs polis əməkdaşlarından qaçmağa çalışarkən avtomobilini ataraq hadisə yerindən uzaqlaşmaq istəyib. Lakin hüquq-mühafizə orqanları onu saxlayıb.
Onun törətdiyi iddia olunan cinayətlərin motivləri hələlik məlum deyil. Hadisənin təfərrüatları araşdırılır.
22:53 05.11.2026
Oxunuş sayı: 60