Ad günündə oynadı, bir neçə dəqiqə sonra öldü
ABŞ-nin Kaliforniya ştatında 97 yaşlı Vito adlı kişi öz ad günü mərasimində rəqs etdikdən az sonra vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.
Məlumata görə, Vito ölümündən bir qədər əvvəl “Bee Gees” qrupunun məşhur “Stayin' Alive” mahnısının sədaları altında rəqs edib.
Onun dostu olan və ad günü məclisinin təşkilinə kömək edən Los-Ancelesli şirniyyat ustası İden Malinoff bildirib ki, Vito yaşına baxmayaraq, əyləncələri çox sevib və gənclərlə asanlıqla ünsiyyət qurub.
Malinoffun sözlərinə görə, 97 yaşlı kişi son anlarınadək məclisin ən şən iştirakçısı olub. Hətta 24 yaşlı qadın onun enerjisinə çatmaqda çətinlik çəkirmiş. Uzunömürlülüyünün sirrini soruşduqda isə Vito zarafatla əsas qaydanın ucuz spirtli içkilərdən uzaq durmaq olduğunu deyib.
Onun yaxın dostu ölüm xəbərini təsdiqləyərək bildirib ki, Vito ətrafındakıların ciddi olduğunu bilmədiyi sağlamlıq problemlərindən əziyyət çəkirmiş. Dostunun sözlərinə görə, kişi sevdiyi musiqini dinləyərkən sakit şəkildə dünyasını dəyişib.
23:56 05.11.2026
Oxunuş sayı: 50