Türkiyədə silahlı insident: 8 nəfər həlak olub
Türkiyənin Afyonkarahisar əyalətinin İhsaniyə rayonunda baş verən silahlı insident nəticəsində 8 nəfər həlak olub, daha bir nəfər isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, "IHA" agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, üç müxtəlif avtomobildə olan zərərçəkənlər arasında heç bir əlaqə olmayıb. Həlak olanlardan ikisinin eyni məktəbdə çalışan müəllimlər olduğu bildirilir.
"Hücum edən şəxs yolla hərəkət edən avtomobilləri təsadüfi qaydada saxlayaraq içəridəki insanlara atəş açıb. Hadisədən sonra qaçan şübhəlinin şəxsiyyətinin müəyyənləşdirilməsi və saxlanılması üçün təhlükəsizlik qüvvələri tərəfindən genişmiqyaslı axtarışlar aparılır", — deyə məlumatda qeyd olunur.
Bölgədə maksimum təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilir.
22:32 05.11.2026
Oxunuş sayı: 63