Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək
Azərbaycanın Meksikadakı səfirliyi və konsulluğu iki gün fəaliyyət göstərməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin "X" sosial şəbəkə hesabında elan yayılıb.
"8 Noyabr - Zəfər Günü və 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, 09.11.2026-10.11.2026-cı il tarixlərində Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi və Konsulluq Bölməsi fəaliyyət göstərməyəcək", - məlumatda bildirilib
Elanda Konsulluq bölməsinin qaynar xətt nömrəsi qeyd olunub: 55 1190 7092
23:15 05.11.2026
Oxunuş sayı: 53