Mask və Trampın oğulları da hədəfdə: ABŞ-də araşdırmalar başlayır
ABŞ-də Demokratlar Partiyasının nümayəndələri Prezident Donald Trampın fəaliyyəti, ailə üzvlərinin biznes əlaqələri və yaxın çevrəsi ilə bağlı genişmiqyaslı araşdırmalara başlamağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi konqres üzvləri, hüquqşünaslar və siyasi məsləhətçilərlə söhbətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, araşdırmalara “SpaceX” şirkətinin rəhbəri İlon Mask, Trampın oğulları və Ağ Evdə çalışan bir sıra şəxslər də cəlb oluna bilər.
Demokratlar daha əvvəl noyabrın 3-də keçirilən aralıq seçkilərdən dərhal sonra Trampın impiçmenti prosesinə başlanmasını təklif edirdilər. Lakin partiya nümayəndələri əvvəlcə araşdırmalar üçün hüquqi əsaslar toplamağa üstünlük veriblər.
“Arnold & Porter” hüquq firmasının Konqresin nəzarət fəaliyyəti üzrə mütəxəssisi Reyçel Koton bildirib ki, həm prezident administrasiyasını, həm də özəl sektoru əhatə edən çoxsaylı və genişmiqyaslı araşdırmalar gözlənilir.
22:43 05.11.2026
Oxunuş sayı: 53