Əziz Ələkbərli: Bizi istəməyənlər Türkiyədə Türkiyə və türk düşmənlərinin kim olduğunu göstərdilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Azərbaycana səfəri gözlənilir. Səfər iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti, regional proseslər və gələcək əməkdaşlıq perspektivləri baxımından diqqət çəkir. Xüsusilə, bu görüşün son günlər yaranmış gərgin müzakirələrə necə təsir göstərəcəyi, Bakı və Ankara arasında siyasi dialoqun hansı istiqamətdə davam etdiriləcəyi maraq doğurur. Eyni zamanda, tərəflərin regional və qlobal gündəmdəki məsələləri müzakirə etməsi, eləcə də iki dövlətin münasibətlərinə xələl gətirməyə çalışan qüvvələrə ortaq mesaj verməsi ehtimalı diqqət mərkəzindədir.
Bəs Ərdoğanın Azərbaycana səfəri münasibətlərdəki son müzakirələrə son qoyacaqmı? Görüş zamanı hansı məsələlər ön plana çıxa bilər? Bu səfər Bakı-Ankara qardaşlığının sarsılmazlığını nümayiş etdirəcəkmi?
Əziz Ələkbərli qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri öz dostluq, qardaşlıq, strateji tərəfdaşlıq məcrasından çıxıb: “Və şübhə etmirəm ki, bu münasibətlər bundan sonra da yüksələn xətlə, bu dəfə daha sağlam əsaslarla inkişaf edəcək. Amma qarşı tərəf də gördü ki, Türkiyədə Türkiyə və türk düşmənləri kimdir və həmin qüvvələr zərərsizləşdirilməlidir. Əks-təqdirdə həmin qüvvələr sabah Türkiyəyə daha böyük zərər vura bilər. Məndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri barədə heç bir məlumat yoxdur. Əgər belə bir səfər olarsa, əlbəttə, səfər çərçivəsində iki dövlətin və iki xalqın maraq dairəsinə daxil olan bütün regional və qlobal məsələlər müzakirə oluna bilər və yəqin ki müzakirə olunacaq”.
Ayhan
19:45 05.11.2026
Oxunuş sayı: 117