ABŞ-də müdafiə naziri ilə bağlı narazılıqlar – Tramp qərarını verdi
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsethlə bağlı şikayətlərə baxmayaraq, onu vəzifəsində saxlamaq niyyətində olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “ABC News” bu barədə məlumat yayıb.
Telekanalın jurnalisti Conatan Karla açıqlamasında Tramp müdafiə nazirini dəyişdirmək fikrində olmadığını vurğulayıb.
“Onu vəzifəsində saxlamaq niyyətindəyəm”, – deyə ABŞ Prezidenti bildirib.
Trampın açıqlaması Heqsethin fəaliyyəti ilə bağlı narazılıqların səsləndirildiyi bir vaxtda verilib.
16:58 05.11.2026
Oxunuş sayı: 61