Böyük Britaniya Putini G20 sammitinə dəvət etməyəcək
Böyük Britaniyanın Baş naziri Endi Börnham Rusiya Prezidenti Vladimir Putinin 2027-ci ildə Mançesterdə keçiriləcək G20 sammitinə dəvət olunmayacağını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “The Economist” bu barədə məlumat yayıb.
Nəşrə müsahibəsində Putinin sammitə dəvət edilib-edilməyəcəyi soruşulan Börnham suala qəti şəkildə “Xeyr” cavabını verib.
Qeyd edək ki, Böyük Britaniyanın ev sahibliyi edəcəyi G20 liderlər sammiti 2027-ci il noyabrın 27–28-də Mançester şəhərində keçiriləcək.
Rusiya Ukraynaya qarşı müharibəyə baxmayaraq G20-nin üzvü olaraq qalır. Adətən sammitə ev sahibliyi edən ölkə təşkilatın bütün üzvlərini dəvət edir.
Börnhamın açıqlaması Moskvanın sammitdə iştirakı ilə bağlı qeyri-müəyyənlik yaradıb.
16:27 05.11.2026
Oxunuş sayı: 74