ABŞ Konqresi Elon Maskla bağlı araşdırmaya hazırlaşır
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Ukraynada “Starshield” peyk rabitəsi xidmətinə tətbiq edilən məhdudiyyətlərlə əlaqədar mümkün araşdırma ərəfəsində Elon Maskdan müvafiq sənədlərin qorunub saxlanılmasını tələb edib.
Crossmedia.az xəbər verir ki, “CNN” bu barədə Demokratlar Partiyasından olan senatorun köməkçisinə istinadən məlumat yayıb.
Məlumata görə, komitə İlon Maska, eləcə də bir sıra özəl şirkətlərə və ABŞ administrasiyasının nümayəndələrinə sənədlərin saxlanılması ilə bağlı müraciətlər göndərib.
Məqsəd Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi “Starshield” peyk rabitəsi sistemində yaranmış məhdudiyyətlərin səbəblərini və bu qərarların qəbul edilməsində iştirak edən şəxsləri müəyyənləşdirməkdir.
Bundan əvvəl ABŞ senatorları “SpaceX” şirkətindən Ukraynada “Starlink” və “Starshield” xidmətlərinə tətbiq olunan məhdudiyyətlərlə bağlı izahat və müvafiq sənədləri tələb ediblər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərində demokratların Konqresin hər iki palatasında çoxluğu qazandığı bildirilir.
Yeni Konqres 2027-ci ilin yanvarında fəaliyyətə başlayacaq. Demokratların komitələr üzərində nəzarəti ələ keçirməsi Tramp administrasiyasının qərarları ilə bağlı parlament araşdırmalarının genişləndirilməsinə imkan yarada bilər.
17:37 05.11.2026
Oxunuş sayı: 66