Tramp seçkilərdən sonra Ukraynaya təzyiqləri artıra bilər
ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərindən sonra Ukraynanı Rusiya ilə razılaşmaya məcbur etmək məqsədilə Kiyevə təzyiqləri gücləndirə bilər.
Crossmedia.az xəbər verir ki, Britaniyanın “The Telegraph” nəşrinin köşə yazarı bu barədə məqaləsində bildirib.
Müəllifin fikrincə, Tramp hələ də Ukraynada müharibəni başa çatdırmağın ən sürətli yolunun Kiyevi təslim olmağa məcbur etmək və ABŞ ilə Rusiya arasında münasibətləri normallaşdırmaq olduğuna inanır.
“Tramp hələ də sülhə aparan ən sürətli yolun Ukraynanı təslim olmağa məcbur etmək və ABŞ-nin Rusiya ilə münasibətlərini normallaşdırmaq olduğu düşüncəsini rəhbər tutur”, – deyə məqalədə qeyd edilib.
Bununla belə, nəşrin müəllifi hesab edir ki, demokratların Konqresin hər iki palatasında çoxluq qazanması Trampın xarici siyasətlə bağlı qərarvermə imkanlarını məhdudlaşdıra bilər.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərindən sonra demokratların Konqresdə mövqelərinin güclənməsi Vaşinqtonun Ukrayna və Rusiya siyasətinə mümkün təsirləri ilə bağlı müzakirələrə səbəb olub. Ekspertlər bildirirlər ki, demokratlar büdcə və parlament nəzarəti vasitəsilə Tramp administrasiyasına təsir göstərə bilsələr də, prezident xarici siyasətdə geniş səlahiyyətlərini saxlayır.
17:02 05.11.2026
Oxunuş sayı: 61