“Qalatasaray” və “Fənərbağça” UEFA reytinqində yüksəlib
UEFA Çempionlar Liqasının IV turundan sonra klubların reytinq siyahısı yenilənib. Türkiyənin “Qalatasaray” və “Fənərbağça” klubları qələbələri sayəsində sıralamada irəliləyiblər.
Crossmedia.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” nəşri bu barədə məlumat yayıb.
İstanbul təmsilçisi “Fənərbağça” İngiltərənin “Liverpul” klubunu 3:2 hesabı ilə məğlub edərək 27-ci pillədən 25-ci yerə yüksəlib. Komandanın UEFA reytinqində 62 750 xalı var.
“Qalatasaray” isə Almaniyanın “Ştutqart” klubuna 2:0 hesabı ilə qalib gələrək mövqeyini yaxşılaşdırıb. Komandanın 48 500 reytinq xalı var.
Yenilənmiş siyahıda Türkiyənin digər təmsilçilərindən “Başakşəhər” 98-ci, “Beşiktaş” 119-cu, “Trabzonspor” isə 145-ci pillədə qərarlaşıb.
Reytinqə 133 500 xalla Almaniyanın “Bavariya” klubu başçılıq edir. İngiltərənin “Arsenal” komandası 132 000 xalla ikinci, İspaniyanın “Real Madrid” klubu isə 128 500 xalla üçüncü yerdədir.
17:15 05.11.2026
Oxunuş sayı: 68