Rusiya idmançılarına Avropa turnirlərində iştirak icazəsi verilib
Avropa Oxatma Federasiyası (World Archery Europe) rusiyalı idmançılara tətbiq edilən məhdudiyyətlərin 2027-ci il yanvarın 1-dən ləğv olunması barədə qərar qəbul edib.
Crossmedia.az xəbər verir ki, Avropa Oxatma Federasiyası bu barədə məlumat yayıb.
Qərar federasiyanın İcraiyyə Komitəsi tərəfindən 2026-cı il oktyabrın 31-də qəbul edilib.
Buna əsasən, Rusiya Oxatma Federasiyasını təmsil edən idmançılar, komandalar və rəsmi şəxslər 2027-ci ilin əvvəlindən Avropa federasiyasının təşkil etdiyi yarışlarda iştirak edə biləcəklər.
Bununla belə, qərar yarışların keçirildiyi ölkələrin qanunvericiliyini, viza məhdudiyyətlərini və dövlət qurumlarının tələblərini aradan qaldırmır.
Federasiya Avropa ölkələrində keçiriləcək yarışlarla bağlı vəziyyəti izləməyə və qüvvədə olan milli qaydalara əməl etməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, Dünya Oxatma Federasiyası (World Archery) 2026-cı ilin avqustunda Rusiya idmançıları, komandaları və rəsmi şəxslərinə tətbiq edilən məhdudiyyətləri ləğv edib. Həmin qərarla rusiyalı idmançıların milli bayraq və himnlə beynəlxalq yarışlarda iştirakına icazə verilib.
13:09 05.11.2026
Oxunuş sayı: 84