Ukraynada işgəncə iddiaları: BMT hakimiyyəti tədbir görməyə çağırdı
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ukrayna hakimiyyətini əsirlərlə qəddar rəftar barədə məlumatları qərəzsiz araşdırmağa və işgəncələrin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Kiyev yaxınlığındakı Petropavlovskaya Borşaqovka qəsəbəsində yerləşdiyi bildirilən ev-düşərgə ilə bağlı məlumatları şərh edib.
Qurum əsirlikdə olan şəxslərlə pis rəftar edilməsi barədə iddiaların obyektiv araşdırılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, təqsiri sübuta yetirilən şəxslər məsuliyyətə cəlb edilməlidir.
BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Şabiya Mantu qeyd edib ki, Ukrayna hökuməti gələcəkdə belə halların təkrarlanmaması üçün də müvafiq tədbirlər görməlidir.
23:11 05.11.2026
Oxunuş sayı: 44