Melaniya Tramp Vladimir Putin və Volodimir Zelenskiyə şəxsi məktub göndərib
ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putinə və Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı şəxsi məktubları təqdim edib.
Crossmedia.az xəbər verir ki, "ТАСС" bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiya liderinə nəzərdə tutulan məktub Ağ Evdə Xerson vilayətinin Oleşki şəhərində əldə olunmuş atəşkəsə həsr edilmiş tədbir zamanı Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevə təhvil verilib. Görüşdə Kiyev nümayəndələri də iştirak ediblər.
"Bu tarixi an sona çatır. Mən prezident Putinə və prezident Zelenskiyə şəxsi məktublar yazmışam. Xahiş edirəm, bu məktubları mənim adımdan prezidentlərinizə çatdırın", — deyə Melaniya Tramp bildirib.
21:23 05.11.2026
Oxunuş sayı: 64