Süni intellekt insanlığı məhv edə bilər
Anthropic şirkətinin əməkdaşı Samuel Marks süni intellektin sürətli inkişafının ciddi risklər yarada biləcəyini və bu texnologiyanın insanlığın məhvinə səbəb ola biləcəyinə dair narahatlıqların mövcud olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Marks bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Marks bildirib ki, süni intellekt tərtibatçıları bu risklərdən xəbərdardır və belə bir ssenarinin yaxın bir neçə il ərzində baş verə biləcəyini düşünənlər var.
Onun sözlərinə görə, buna baxmayaraq, süni intellektin inkişaf etdirilməsinin əsas səbəbləri kommersiya maraqları və digər şirkətlərin daha məsuliyyətsiz davranaraq texnologiyadan sui-istifadə edə biləcəyi ilə bağlı rəqabət qorxusudur.
Marks ənənəvi proqram təminatından fərqli olaraq, süni intellektin istənilən şəkildə davranması üçün tam proqramlaşdırılmasının mümkün olmadığını qeyd edib.
O bildirib ki, sektorda bir çox mütəxəssis süni intellektin daha təhlükəsiz şəkildə inkişaf etdirilməsi üçün prosesin sürətinin azaldılmasını istəyir. Marksın sözlərinə görə, süni intellekti daha uyğun davranışa yönəltmək üçün üsullar mövcuddur, lakin onu tam şəkildə uyğunlaşdırmağa imkan verən metod hələ yoxdur.
02:30 11.09.2026
Oxunuş sayı: 51